...

Xocalı soyqırımı ilə bağlı Bakıda keçiriləcək yürüşlə əlaqədar bəzi küçə və prospektlər bağlanacaq

Cəmiyyət Materials 24 Fevral 2012 13:49 (UTC +04:00)
Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı keçiriləcək yürüşlə əlaqədar fevralın 26-da Bakının bəzi küçə və prospektləri bağlanacaq və avtomobillərin hərəkəti dayandırılacaq.
Xocalı soyqırımı ilə bağlı Bakıda keçiriləcək yürüşlə əlaqədar bəzi küçə və prospektlər bağlanacaq

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı keçiriləcək yürüşlə əlaqədar fevralın 26-da Bakının bəzi küçə və prospektləri bağlanacaq və avtomobillərin hərəkəti dayandırılacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov cümə günü Trend-ə bildirib ki, Xocalı prospektində "Ana fəryadı" abidəsinin önündə keçiriləcək tədbirdə iştirakçıların təhlükəsizliyini təmin etmək və onların rahat, fasiləsiz hərəkətini təşkil etmək məqsədilə fevralın 26-da səhər saat 07:30-dan tədbir başa çatanadək bu istiqamətdə Xocalı prospekti, Xocalı parkına gələn yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Xocalı prospekti istiqamətinə yürüşlə əlaqədar Azadlıq meydanından Neftçilər prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində, Heydər Əliyev prospekti ilə 10-cu zavod dairəsi, Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsi, Nəcəfqulu Rəfiyev küçəsi ilə Nobel prospektinin kəsişməsindən Xocalı prospektinə, həmçinin Xocalı prospekti ilə kəsişən Sergey Senyuşkin, Fəzail Bayramov, Natiq Əliyev, Ayaz İsmayılov, İzzət İsmayılov, Yeryomenko küçələrindən avtomobillərin hərəkətinə tam məhdudiyyətlər qoyulacaq.

Eyni zamanda, Azneft dairəsindən Neftçilər prospekti ilə hər iki istiqamətdə, eləcə də Cavanşir körpüsü, Azadlıq prospekti, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Xaqani, Puşkin, Keykab Səfərəliyeva küçələrinin kəsişməsindən avtomobillərin hərəkətinə tam məhdudiyyətlər qoyulacaq.

Yol polisi bununla əlaqədar olaraq qeyd olunan istiqamətlərə əhalidən şəxsi avtomobillərindən mümkün qədər az istifadə etmələrini, ya da alternativ yollara üstünlük vermələrini tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti