Azərbaycan, Bakı, 28 fevral / Trend müxbir K.Zərbalıyeva/
Binəqədi rayonunun sabiq hərbi komissarı barəsindəki cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Məhkəmədən Trend-ə verilən məlumata görə, sabiq hərbi komissar Feyzi Ağayev və hərbi həkim komissiyasının sədri Zöhrab Muxtarov barəsindəki cinayət işi hakim Həbib Həsənovun icraatına verilib.
Binəqədi rayon hərbi komissarlığının vəzifəli şəsləri CM-nin 311.3.1, 311.3.2 (rüşvət alma (passiv rüşvətxorluq), 313 (vəzifə saxtakarlığı), 341.2.1 (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham olunurlar.
İş üzrə hazırlıq iclası martın 9-a təyin olunub.
Qeyd edək ki, hazırda Bakı Hərbi Məhkəməsində Sumqayıt şəhər, Suraxanı və Xətai rayon hərbi kimissarlıqlarının vəzifəli şəxsləri barəsindəki cinayət işinin məhkəmə istintaqı davam edir.