...

Bakıda yaşayış massivindəki sürüşmə ilə bağlı geoloji komissiya rəyini açıqlayacaq

Cəmiyyət Materials 4 Mart 2012 16:36 (UTC +04:00)
Bakıda yaşayış massivindəki sürüşmə ilə bağlı geoloji komissiya rəyini açıqlayacaq.
Bakıda yaşayış massivindəki sürüşmə ilə bağlı geoloji komissiya rəyini açıqlayacaq

Azərbaycan, Bakı, 4 mart / Trend müxbir E.Mehdiyev/

Bakıda Xətai rayonunun General Şıxliniski küçəsi ilə Gəncə prospekti arasındakı yaşayış massivindəki sürüşmə ilə bağlı geoloji komissiyanın rəyinin sabah açıqlanacağı gözlənilir. Bu barədə bazar günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasından məlumat verilib.

Məlumata görə, sürüşmə təhlükəsi olan ərazidəki iki 9 mərtəbəli binanın sakinlərinin nə vaxt evlərinə dönəcəyi bazar ertəsi sürüşmənin səbəblərini öyrənən geoloji komissiyanın verəcəyi açıqlamadan sonra müəyyənləşəcək.

Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, bu gün də həmin yaşayış massivində sürüşmə təhlükəsi ilə bağlı ərazidə Baş nazirin müavini Abid Şərifov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Bakı şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbovun iştirakı ilə müşavirə keçirilib.

Təhlükəli ərazidə olan binalardakı əsasən əlil və qocalardan ibarət olan 30-a yaxın ailə mehmanxanaya köçürülüb.

Sakinlər Trend-in hadisə yerində olan əməkdaşına sürüşmənin bu gün də qeydə alındığını bildirsələr də, rəsmilər hazırda ərazidə vəziyyətin sabit olduğunu və sürüşmənin qeydə alınmadığını bildirib.
Qeyd edək ki, Xətai rayonunun General Şıxliniski küçəsi ilə Gəncə prospekti arasındakı yaşayış massivi aktiv sürüşmə zonası hesab edilir.
Xatırladaq ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov şənbə günü jurnalistlərə açıqlamasında deyib ki, sürüşmə ilə bağlı elə də ciddi təhlükə yoxdur. Sadəcə geoloji proseslərin nəticələri tam aydın olana qədər sakinlər təhlükəsizlikləri üçün binadan köçürülüb.












Xəbər lenti

Xəbər lenti