Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İ.İsabalayeva/
Nazirlər Kabineti "Azərbaycan Respublikası məktəbəqədər tərbiyə müəssisələri haqqında Əsasnamə"də dəyişiklik edib.
Nazirlər Kabinetindən bazar ertəsi Trend-ə verilən məlumata görə, yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər uşaq müəssisələri respublika və yaxud yerli büdcədən ayrılan maliyyə vəsaiti hesabına fəaliyyət göstərəcək.
Məktəbəqədər müəssisənin fəaliyyətinin dayandırılması icra hakimiyyəti orqanının qərarı ilə həyata keçiriləcək.