...

Azərbaycanda qanunsuz ov edən 2 nəfər saxlanılıb

Cəmiyyət Materials 12 Mart 2012 09:38 (UTC +04:00)
Azərbaycanda qanunsuz ov edən 2 nəfər saxlanılıb. Trend-in məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Azərbaycanda qanunsuz ov edən 2 nəfər saxlanılıb

Azərbaycan, Bakı, 12 mart / Trend müxbir M.Əliyev/

Azərbaycanda qanunsuz ov edən 2 nəfər saxlanılıb. Trend-in məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirliyin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində "Ovçuluq haqqında" qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə keçirilən reydlər zamanı 2 nəfərdən 2 ədəd ov tüfəngi götürülüb. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində inzibati qaydada, ümumilikdə 1000 manat məbləğində cərimə tətbiq edilib.

Ağ göl Milli Parkı ərazisində qanunsuz ovla məşğul olan 1 nəfər (1 ov silahı) və Qaradağ rayon ərazisində 1 nəfər (1 ov silahı) saxlanılaraq həmin şəxslər barəsində protokol tərtib olunub və müvafiq qaydada cərimə tətbiq edilib.

Nazirliyin aidiyyəti qurumları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması ilə əlaqədar reydlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti