...

Azərbaycan ərazisində martın 15-dən hava şəraiti yenidən pisləşəcək, qar yağacaq

Cəmiyyət Materials 13 Mart 2012 11:41 (UTC +04:00)
Martın 15-dən 18-dək ölkə ərazində hava şəraiti yenidən qeyri-sabit keçəcək.
Azərbaycan ərazisində martın 15-dən hava şəraiti yenidən pisləşəcək, qar yağacaq

Azərbaycan, Bakı, 13 mart / Trend müxbir İ.İsabalayeva/

Martın 15-dən 18-dək Azərbaycan ərazində hava şəraiti yenidən qeyri-sabit keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva çərşənbə axşamı Trend-ə bildirib ki, həmin müddətdə fasiələrlə yağıntı olacağı, bəzi yerlərdə sulu qar və qar yağacağı gözlənilir.

Havanın temperaturu bu günlərə nisbətən 4-6 dərəcə aşağı enəcək. Bakı və Abşeron yarımadasında və rayonlarda şimal-qərb küləyi güclənəcək.

Tağıyeva deyib ki, bu gün və sabah gün ərzində nisbətən mülayim hava şəraiti davam edəcək. Cənub küləyi üstünlük təşkil edəcək. Bu gün axşam, sabah səhər və axşam saatlarında Bakı və Abşeron yarımadasında və rayonlarda bəzi yerlərdə havanın dumanlı olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti