...

Azərbaycan ilə Türkiyənin ortaq dərsliklərinin hazırlanması təklif edilib

Cəmiyyət Materials 14 Mart 2012 11:29 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov Türkiyə ilə orta məktəblər üçün ortaq dərsliklər hazırlamasını təklif edib.
Azərbaycan ilə Türkiyənin ortaq dərsliklərinin hazırlanması təklif edilib

Azərbaycan, Bakı, 14 mart / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri Misir Mərdanov Türkiyə ilə orta məktəblər üçün ortaq dərsliklər hazırlamasını təklif edib.

Trend-in məlumatına görə, bu təklifi Misir Mərdanov Azərbaycanda səfərdə olan Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə səsləndirib.

Nazir hər iki ölkənin müvafiq mütəxəssisləri arasında bu istiqamətdə müzakirələrin aparılmasını zəruri sayıb.

Mərdanov hesab edir ki, ortaq dərsliklərin hazırlanması iki ölkə arasında təhsil sahəsində mövcud əməkdaşlığın daha səmərəli təşkilinə imkan verər.

Nazir ölkəmizdə fəaliyyət göstərən Azərbaycan-Türkiyə özəl liseylərinin və Qafqaz Universitetinin fəaliyyətini yüksək dəyərləndirib.

Xəbər lenti

Xəbər lenti