...

Novruz bayramı günlərində polis gücləndirilmiş rejimdə işləyəcək

Cəmiyyət Materials 19 Mart 2012 11:58 (UTC +04:00)
Azərbaycan Polisi Novruz bayramı günlərində gücləndirilmiş rejimdə çalışacaq.
Novruz bayramı günlərində polis gücləndirilmiş rejimdə işləyəcək

Azərbaycan, Bakı, 19 mart / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan Polisi Novruz bayramı günlərində gücləndirilmiş rejimdə çalışacaq.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun bununla bağlı imzaladığı əmrə müvafiq olaraq, Novruz bayramı şənlikləri zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin yüksək səviyyədə və daha mütəşəkkil icrasının təmin edilməsi məqsədi ilə martın 20-dən 27-dək nazirliyin bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bayram günlərində ictimai yerlərdə və küçələrdə xoşagəlməz hadisələrin qarşısını almaq və hüquq qaydasına nəzarəti gücləndirmək məqsədi ilə post patrul xidməti naryadlarının sayı artırılacaq.

Qeyd edək ki, Novruz bayramı ilə əlaqədar olaraq Azərbaycanda martın 20-dən 27-dək qeyri iş günüdür və bayram günləri hesab olunur.

Xəbər lenti

Xəbər lenti