...

Bakıda intellektual oyunlar üzrə beynəlxalq turnir keçirilir

Cəmiyyət Materials 24 Mart 2012 13:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 mart /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Bakıda intellektual oyunlar üzrə "Xəzər kuboku" beynəlxalq turnirinin açılışı keçirilib.

Trend-in məlumatına görə, Gənclər və İdman Nazirliyinin (GİN) gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva bildirib ki, martın 25-dək davam edəcək turnirin məqsədi gənclər üçün intellektual mühitin yaradılmasıdır.

Beynəlxalq turnirin təşkilatçıları GİN və "Gənclərin intellektual inkişaf mərkəzi" İctimai Birliyi, tərəfdaşı isə "Atəşgah" İntellektual Oyunlar Klubudur.

"Xəzər kuboku" beynəlxalq turnirində Azərbaycan ilə yanaşı, Rusiya, Qazaxıstan, Türkmənistan, İsrail və s. ölkələri təmsil edən 39 komandanın üzvləri ənənəvi "Nə? Harada? Nə zaman?", "Fərdi oyun" və "Breyn-rinq" oyunlarında bilik və bacarıqlarını sınayıblar. Komandaların 16-sı Azərbaycanı, 23-ü isə əsasən Xəzəryanı ölkələri təmsil edir.

Hacıyeva Azərbaycanın bütün bölgələrini əhatə edən bu oyunun başqa ölkələrdə də keçiriləcəyinə əmin olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti