...

"İmam Hüseyn" məscidinin sökülməsi ilə bağlı yayılan məlumatlara rəsmi aydınlıq gətirilib

Cəmiyyət Materials 27 Mart 2012 16:05 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakının Yasamal rayonu ərazisindəki "İmam Hüseyn" məscidinin sökülməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirib.
"İmam Hüseyn" məscidinin sökülməsi ilə bağlı yayılan məlumatlara rəsmi aydınlıq gətirilib

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir K.Zərbalıyeva/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakının Yasamal rayonu ərazisindəki "İmam Hüseyn" məscidinin sökülməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

Komitənin mətbuat katibi Saleh Aslanov Trend-in sualına cavab olaraq bildirib ki, komitədə məscidin sökülməsi ilə bağlı hər hansı məlumat yoxdur.

"Məsciddə fəaliyyət göstərən dini icma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib və məscid tarixi abidə kimi qorunmaqdadır", - mətbuat katibi deyib.

Qeyd edək ki, bəzi xarici KİV-lərdə "İmam Hüseyn" məscidinin söküləcəyi barədə məlumatlar yer alıb.

Xəbər lenti

Xəbər lenti