...

Larisa Allaverdiyan: Ermənistanda hüquq müdafiəçilərinin müdafiəyə ehtiyacı var

Cəmiyyət Materials 27 Mart 2012 17:50 (UTC +04:00)
Ermənistanda hüquq müdafiəçilərinin müdafiəyə ehtiyacı var.
Larisa Allaverdiyan: Ermənistanda hüquq müdafiəçilərinin müdafiəyə ehtiyacı var

Azərbaycan, Bakı, 27 mart /Trend/

Ermənistanda hüquq müdafiəçilərinin müdafiəyə ehtiyacı var. Trend-in erməni KİV-ə istinadən yaydığı məlumata görə, bunu Ermənistanda insan haqlarının ilk müdafiəçisi Larisa Allaverdiyan deyib.

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts "Seçim səndədir" ictimai təşkilatının Ermənistanda keçiriləcək qarşıdakı parlament seçkilərinin gedişində müşahidəçilərinin təqiblərdən qorunmayacaqları ilə bağlı narahatlıqlarını bölüşür.

"Hər şey mümkündür: müşahidəçilərin öz fikirlərini ifadə etdiklərinə görə təqiblərə məruz qala biləcəklərindən tutmuş onların böhtana görə ittiham olunmağa məruz qalmasınadək", - Sakunts qeyd edib.

Xatırladaq ki, Ermənistanın Mərkəzi Seçki Komissiyası özünün növbədənkənar iclasında "Seçim səndədir" ictimai təşkilatının bəyanatını qəbul etməyib. Bəyanatda yeni Seçki Məcəlləsində seçki prosesi və onun nəticələri haqqında müşahidəçilərin məsuliyyətə cəlb edilməməsi haqqında bənd yoxdur.

"Seçim səndədir" müşahidə təşkilatı Seçki Məcəlləsinə yeni hüquqi norma daxil etməyi təklif edib.

Qeyd edək ki, bu norma 1999-cu ildən etibarən daim Ermənistanın SM-də mövcud olub və hüquq müdafiəçilərinin müdafiəsi, onların təzyiqlərə, lazımsız təqiblərə və hüquqi məsuiliyyətə cəlb olunmamaları üçün ciddi vasitə olub.

Ermənistanda insan haqlarının ilk müdafiəçisi Larisa Allaverdiyan da Sakuntsun və "Seçim səndədir" İT-nin narahatçılığı ilə razılaşır.

Bununla belə, Larisa Allaverdiyan bildirib ki, Ermənistanda belə halların olmasından, olub və olacağından asılı olmayaraq, bu normalar möhkəmləndirilməlidir.

"BMT konvensiyalarından birinə görə, ilk növbədə, insan haqları müdafiəçilərinin müdafiəyə ehtiyacı var. Müşahidəçilər isə seçki hüqüqunun müdafiəçiləridir", - Allaverdiyan deyib.

Xatırladaq ki, Ermənistan MSK ölkə Konstitusiyasının 5-ci maddəsini əsas götürərək öz imtinasını əsaslandırıb. Həmin maddəyə görə, "dövlət orqanları və yerli özünüidarə orqanları yalnız Konstitusiya və ya qanunlarla səlahiyyət verilmiş belə hərəkətləri etmək hüququna malikdirlər". Başqa sözlə, MSK bu funksiyanın Ermənistan Milli Yığıncağına məxsus olduğunu deyir.

Xəbər lenti

Xəbər lenti