...

"Təmiz Şəhər" və "Eurovision"un rəsmi Fan Klubu "Eurovision 2012" müsabiqəsinə dəstək verib (FOTO)

Cəmiyyət Materials 30 Mart 2012 17:12 (UTC +04:00)
"Eurovision" mahnı müsabiqəsi bu il Odlar Yurdu Azərbaycanda keçiriləcək. Bu tədbirlə əlaqədar bütün dünyanın diqqəti Azərbaycanın paytaxtı Bakı şəhərinə yönələcək və ölkəmizə minlərlə əcnəbi turist gələcək.
"Təmiz Şəhər" və "Eurovision"un rəsmi Fan Klubu "Eurovision 2012" müsabiqəsinə dəstək verib (FOTO)

Azərbaycan, Bakı, 30 mart /Trend/

"Eurovision" mahnı müsabiqəsi bu il Odlar Yurdu Azərbaycanda keçiriləcək. Bu tədbirlə əlaqədar bütün dünyanın diqqəti Azərbaycanın paytaxtı Bakı şəhərinə yönələcək və ölkəmizə minlərlə əcnəbi turist gələcək.

Bu tədbir yalnız Azərbaycan incəsənətinin təbliği deyil, həmçinin mədəniyyətimizin, tariximizin və gözəl diyarlarımızın dünyaya tanıdılmasıdır. Ölkəmizin layiqincə tanıdılması üçün şəhərimizin təmizlik və abadlaşdırma işləri önəmlidir və məhz bu səbəbdən "Təmiz Şəhər" ASC "Eurovision"un Azərbaycandakı rəsmi Fan Klubu ilə birgə növbəti iməclik aksiyası keçirib.

ASC-dən Trend-ə verilən məlumata görə, belə ki, martın 30-da - Dünyanı Müdafiə Günündə "Təmiz Şəhər" ASC və "Eurovision"un Azərbaycandakı rəsmi Fan Klubunun üzvləri Qobustan Milli Tarix-Bədii Qoruğunun ətraf ərazilərində təmizlik aksiyası keçirib. İməciliyin keçirilməsində məqsəd "Eurovision 2012" mahnı müsabiqəsi zamanı ölkəmizə gələcək qonaqlar üçün daha gözəl istirahət şəraiti yaratmaq, təmizliyin qorunmasına əhalini təşviq etmək olub. Tədbirdə "Təmiz Şəhər" ASC-nin əməkdaşları ilə yanaşı, 100-ə yaxın könüllü gənc iştirak edib. Azərbaycanın qədim tarixini özündə yaşadan Qobustan qoruğunun ətraf əraziləri plastik və şüşə butulkalardan, konserv qutularından, plastik torba və müxtəlif tullantılardan təmizlənib.

Qeyd edək ki, "Təmiz Şəhər" ASC əhalinin ətraf mühitə, yaşadıqları əraziyə qarşı məsuliyyətini artırmaq və şəhərimizin təmizliyini təmin etmək məqsədilə mütəmadi olaraq bu cür aksiyalar keçirir.

Xəbər lenti

Xəbər lenti