...

Ermənistanda seçkiqabağı atışma

Cəmiyyət Materials 2 Aprel 2012 20:49 (UTC +04:00)
Dünən günorta saatlarında Gümrüdə atəş səsləri eşidilib.
Ermənistanda seçkiqabağı atışma

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Dünən günorta saatlarında Gümrüdə atəş səsləri eşidilib. İlkin məlumatlara görə, ət kombinatı ərazisində gənclərdən ibarət iki qrup arasında dava düşüb. Bu barədə bazar ertəsi Trend Ermənistan KİV-ə istinadən məlumat verir.

Məlumata görə, davada deputatlığa namizədlər Martun Qriqoryan ("Çiçəklənən Ermənistan") və Armen Saakyanın (Respublika Partiyası) tərəfdarları iştirak edib. Hər iki şəxs 34 nömrəli seçki dairəsindən namizədliklərini irəli sürüb. İlkin məlumatlara görə, namizədlərin təbliğatını aparan gənclər burada təsadüfən rastlaşıb. Gümrü polis idarəsinin rəisi Varujan Şaşikyan deyib ki, polis dava haqqında informasiyanı anonim vətəndaşdan alıb və mövcud məlumat dəqiqləşdirilir.

Saakyanın ofisindən bildiriblər ki, insidentin təfərrüatları ilə tanış deyillər, lakin aydınlaşdırmağa çalışacaqlar. Eyni zamanda, onlar davada öz namizədlərinin tərəfdarlarının iştirakını rəsmən inkar ediblər.

Hadisə haqqında məlumatı Qriqoryanın köməkçisi Aqasi Abramyan da təsdiq edib. O, mövcud insidentin baş vermə ehtimalını istisna etməyib və qeyd edib ki, bu barədə heç nə bilmir.

Xəbər lenti

Xəbər lenti