...

ADA-da Bakı Yay Enerji Məktəbinə sənədlərin qəbulu üçün son tarix yaxınlaşır

Cəmiyyət Materials 3 Aprel 2012 18:06 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyası (ADA) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə birgə 2012-сi ilin 7-20 iyul tarixlərində Bakı Yay Enerji Məktəbini keçirəcək.
ADA-da Bakı Yay Enerji Məktəbinə sənədlərin qəbulu üçün son tarix yaxınlaşır

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Azərbaycan Diplomatik Akademiyası (ADA) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə birgə 2012-сi ilin 7-20 iyul tarixlərində Bakı Yay Enerji Məktəbini keçirəcək.

ADA-dan Trend-ə verilən məlumata görə, Yay Məktəbində Azərbaycanın enerji sektoruna cavabdeh olan ARDNŞ, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Dövlət Neft Fondu, Xarici İşlər Nazirliyi, həmçinin Azərbaycanda fəaliyyət göstərən xarici neft və qaz şirkətlərinin təmsilçiləri də qatılacaqlar.

Bununla yanaşı, Xəzəryanı ölkələrin, Avropanın və ABŞ-ın aparıcı universitetlərinin (Texas A&M, Lankaster universiteti, Hayfa universiteti) və "Nabukko" layihəsi təmsilçilərinin və aparıcı mütəxəssislərinin dinləyicilər qarşısında çıxışları planlaşdırılır. İştirakçılar qarşısında həmçinin BP, Exxon, TOTAL, Statoil, Lukoil, Gürcüstan Neft və Qaz Korporasiyası, Trans Adriatik Neft borusu kimi aparıcı şirkətlərin rəhbərləri də çıxış edəcəklər.

Azərbaycan Diplomatik Akademiyasının Bakı Yay Enerji Məktəbində enerji siyasətinin iqtisadi və siyasi əsasları, ətraf mühitə təsiri, regional inkişafa töhfəsi və digər məsələlər diqqət mərkəzində olacaq.

ADA-da Bakı Yay Enerji Məktəbinə sənədlərin qəbulu üçün son tarix 23 apreldir.

Proqram haqqında daha ətraflı məlumatı və yay məktəbində iştirak üçün ərizə formalarını http://ada.edu.az/academics/summerschool/current_program/ saytından əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti