...

Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasında 43 ölkənin şagirdləri iştirak edəcəklər

Cəmiyyət Materials 4 Aprel 2012 13:10 (UTC +04:00)
Aprelin 6-7-də Bakıda keçiriləcək Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasında 43 ölkənin şagirdləri iştirak edəcəklər.
Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasında 43 ölkənin şagirdləri iştirak edəcəklər

Azərbaycan, Bakı, 4 aprel / Trend müxbir İ.İsabalayeva/

Aprelin 6-7-də Bakıda keçiriləcək Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasında 43 ölkənin şagirdləri iştirak edəcəklər.

Trend-in məlumatına görə, çərşənbə günü olimpiada iştirakçıları ilə görüşən təhsil naziri Misir Mərdanov bildirib ki, olimpiadanın Təşkilat Komitəsinə 400-dək layihə təqdim olunub. Onlardan 115-i seçilərək münsiflər heyətinin müzakirəsinə veriləcək.

Olimpiadaya qoşulan ölkələrin sayının getdikcə artdığını deyən Mərdanov bildirib ki, bu olimpiadada 2007-ci ildə 17, 2008-ci ildə 30, 2009-cu ildə 31, 2010-cu ildə 33, 2011-ci ildə isə 35 ölkə iştirak edib. 2007-ci ildən keçirilən bu olimpiadada ekologiya və təbiəti mühafizə problemləri ilə bağlı müxtəlif layihələrdə iştirak edən azərbaycanlı məktəblilər 21 qızıl, 22 gümüş və 25 bürünc medal qazanıblar.

Xəbər lenti

Xəbər lenti