...

ARDNŞ Bakı İstedadlar Məktəbinin tikintisinə başlayıb

Cəmiyyət Materials 4 Aprel 2012 15:05 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) çərşənbə günü Bibiheybət qəsəbəsində neftlə çirklənmədən təmizlənmiş ərazidə Bakı İstedadlar Məktəbinin təməlqoyma mərasimini keçirib.
ARDNŞ Bakı İstedadlar Məktəbinin tikintisinə başlayıb

Azərbaycan, Bakı, 4 aprel / Trend, müxbir E.İsmayılov /

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) çərşənbə günü Bibiheybət qəsəbəsində neftlə çirklənmədən təmizlənmiş ərazidə Bakı İstedadlar Məktəbinin təməlqoyma mərasimini keçirib.

Təməlqoyma mərasimində Rövnəq Abdullayevin başçılığı ilə şirkət rəhbərliyi iştirak edib. Eləcə də mərasimdə İngiltərənin tanınmış "Gabbitas" məsləhətçi təhsil şirkətinin təmsilçiləri, məktəbin direktoru vəzifəsinə keçirilən müsabiqənin qalibi Qrem Pollok, Məktəbəqədər təhsil bölməsinin və İbtidai təhsil bölməsinin rəhbəri vəzifəsinə elan olunmuş müsabiqənin qalibləri Alison Kuk və Kiz Cekson iştirak ediblər.

İbtidai və orta təhsil bölmələrinin fəaliyyət göstərəcəyi məktəb 1200 şagird üçün nəzərdə tutulub. Artıq bu il məktəbəqədər təhsil bölməsinə üç yaş qrupunda 75-100 uşağın qəbulu nəzərdə tutulur. Tələbatın artacağı təqdirdə 4-5 yaşlı uşaqların 2012-ci ilin sentyabrında və ya 2013-cü ilin yanvarında qəbulu həyata keçiriləcək.

İngilis məktəbləri sisteminə məxsus standartlara uyğun fəaliyyət göstərəcək məktəb kompleksində aşağı sinif şagirdləri üçün 32, yuxarı sinif şagirdləri üçün 37 sinif otağı inşa olunacaq. Hər birinin sahəsi 45 kvadrat metr olan bu sinif otaqları müasir üslubda tikiləcək və bütün zəruri avadanlıqlarla təchiz ediləcək.
Bundan başqa, məktəbdə 100 şagird yerli kitabxana, idman zalı, hovuz, futbol və basketbol meydançaları, ibtidai və orta təhsil bölmələri üçün 250 və 300 yerlik bir neçə yeməkxana binası, eləcə də 120 yerlik yataqxana binası tikiləcək.

Məktəbdə bağça və məktəbəqədər təhsil bölməsi üzrə dərslər isə 2013-cü ilin sentyabrında başlayacaq.

Xəbər lenti

Xəbər lenti