...

Anar Məmmədov xaricdə təhsil alan azərbaycanlı gənclər üçün Azərbaycandakı karyera imkanlarını təklif edir (FOTO)

Cəmiyyət Materials 10 Aprel 2012 13:05 (UTC +04:00)
6-7 aprel tarixlərində Macarıstanın Budapeşt şəhərində keçirilən “Mən gənc səfirəm” ASAİF forumunda keçirilib. Forumda çıxış edən Azərbaycan Amerika Alyansının (AAA) təsisçisi Anar Məmmədov xaricdə təhsil almış azərbaycanlı gənclərin vətənlərindəki karyera imkanları haqqında danışıb.
Anar Məmmədov xaricdə təhsil alan azərbaycanlı gənclər üçün Azərbaycandakı karyera imkanlarını təklif edir (FOTO)

9 aprel 2012, Budapeşt

6-7 aprel tarixlərində Macarıstanın Budapeşt şəhərində keçirilən "Mən gənc səfirəm" ASAİF forumunda keçirilib. Forumda çıxış edən Azərbaycan Amerika Alyansının (AAA) təsisçisi Anar Məmmədov xaricdə təhsil almış azərbaycanlı gənclərin vətənlərindəki karyera imkanları haqqında danışıb.

"Mən bu forumda gördüklərimdən çox sevindim. İlk dəfə idi ki, bu qədər hədəflərini yaxşı bilən, vətənini sevən xaricdə təhsil almış gənci bir arada görürəm. Bu gün əminliklə demək olar ki, sizlər müasir idarəetmə texnologiyalarının əvəzedilməz fondusunuz. Əgər 10-15 il əvvəl ölkəmizdən Qərbə doğru "beyin axını" var idisə indi əksinə Amerika, Avropa və Türkiyənin aparıcı mütəxəssisləri çalışmaq üçün Azərbaycana gəlir. İşsizlik probleminin ciddi olduğu amerikalı və avropalı mütəxəssislər ölkəmizə çalışmağa can atırlar. Artıq sizin bu yerləri tutmağınızın vaxtı gəlib çatıb. Əminəm ki, sizlər xaricdəki təhsilinizi başa vurduqdan sonra vətənə dönərək onun daha da qüdrətlənməsinə xidmət edəcəksiniz" - deyə A. Məmmədov çıxışında bildirib.

Onun sözlərinə görə, dinamik templərlə inkişaf edən Azərbaycan iqtisadiyyatının bucür gənclərə ehtiyacı var. Rəhbərlik etdiyi biznes qurumlarda xaricdə təhsil almış azərbaycanlı tələbələri işə götürdüklərini bildirən Anar Məmmədov, onlar üçün rahat iş mühiti yaradaq, öz bilik və bacarıqlarından xaricdə deyil Azərbaycanda tətbiq etmələrinin vacib olduğunu qeyd edib.

İkinci dəfə keçirilən ASAİF forumunda "Qarant Sığorta", "Qarant İnvest" şirkətləri və "Bank of Azerbaijan" xüsusi karyera stendi təşkil edərək xaricdə təhsil almış azərbaycanlı gənclərə Azərbaycanda karyera imknaları təklif edirdi. Forumun gedişatı boyu 200-ə yaxın tələbə stendə yaxınlaşaraq şirkətlər barədə məlumat əldə etməklə yanaşı xüsusi anketi doldurmaqla bu şirkətlərdə işə qəbul mürəciəti etdi. Daha sonra "Qarant Sığorta", "Qarant İnvest" şirkətləri və "Bank of Azerbaijan"-nın İnsan Resursları departamentlərinin əməkdaşları bu tələbələrlə əlaqə saxlayaraq onlara uyğun vakansiyalarda işə düzəlmə imkanlarını nəzərdən keçirəcək.

A.Məmmədov forumda iştirak edən gənclərin Azərbaycan reallıqlarının dünyada təbliğ edilməsi işində daha aktiv olmağa çağırdı.

"Azərbaycan gənc müstəqil dövlətdir. Biz yalnız 20 ildir müstəqillik şəraitində yaşayırıq və təəssüflər olsun ki, bu günədək bir çox ölkələrdə Azərbaycan haqqında kifayət qədər dolğun məlumat yoxdur. Bu məlumatı, Azərbaycan həqiqətlərini, Azərbaycanın problemlərini, eyni zamanda ölkəmizin artan nüfuzunu, önəmini dünya ictimaiyyətinə, çatdırmaq, əlbəttə ki, bizim hamımızın borcudur. Xüsusən də biz gənclərin. Artıq zamanı yetişib və biz gənclər Azərbaycana diqqəti çəkməliyik, təbliğ etməliyik. Dövlətimizin tanınması istiqamətindəki estafeti yaşlı nəsildən almalıyıq"-deyə Anar Məmmədov bildirib.

Qeyd edək ki, forumda gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Misir Mərdanov, Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov, Dövlət Neft Fondunun sədri Şahmar Mövsumov, Azərbaycanın Avropa ölkələrindəki səfirləri, QHT təmsilçiləri, media rəhbərləri və sahibkarlar iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti