Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi (MAKA) təlim trenajorları hazırlayıb.
Trend-in məlumatına görə, MAKA-nın baş direktoru Alçın Şirinzadə deyib ki, artıq trenajorlar üçün bir sıra qurumlardan, o cümlədən Təhsil Nazirliyi, DSX və Müdafiə Nazirliyindən sifarişlər alınıb.
Şirinzadə qeyd edib ki, trenajorlar atış təlimlərinin keçirilməsi üçündür.
O vurğulayıb ki, MAKA tərəfindən hazırlanmış şlemlər Silahlı Qüvvələrdə istifadəyə qəbul edilib.
"Artıq Sərhəd Qoşunlarından şlemlərin qəbuluna dair sifariş alınıb. MAKA-nın şlemləri hazırda orduda istifadə olunan şlemlərdən yüngüllüyü, davamlılığı və qiymətinə görə fərqlənir", - Şirinzadə qeyd edib.