...

Bakı məktəblərində narkotik vasitələrdən istifadə edən şagird aşkarlanmayıb

Cəmiyyət Materials 16 Aprel 2012 13:09 (UTC +04:00)
Bakı məktəblərində narkotik vasitələrdən istifadə edən şagird aşkarlanmayıb.
Bakı məktəblərində narkotik vasitələrdən istifadə edən şagird aşkarlanmayıb

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir M.Əliyev/

Bakı məktəblərində narkotik vasitələrdən istifadə edən şagird aşkarlanmayıb. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Bakı şəhər Baş Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbənin rəisi Hüseyn Əliyev deyib.

Xatırladaq ki, səhiyyə nazirinin müavini Elsevər Ağayev bu günlərdə jurnalistlərə bildirib ki, Azərbaycanda məktəblilər arasında da narkotik vasitələrdən istifadə edənlər var. Onun sözlərinə görə, bunun qarşısını almaq üçün məktəblərdə təbliğat işləri aparılmalı və bu işə valideynlər, cəmiyyət cəlb olunmalıdır.

Əliyev, həmçinin bildirib ki, narkomaniyanın qarşısının alınması üçün ən əsas məsələ profilaktika və maarifləndirici işlərin aparılmasıdır.

"Bununla əlaqədar Bakı Şəhər Təhsil İdarəsinin əməkdaşları ilə birlikdə Bakının əksər məktəblərində təlim-tərbiyə işinin gücləndirilməsi, uşaqların pis vərdişlərdən uzaqlaşdırılması, eyni zamanda narkomaniyanın uşaqlara təsir etməsinin qarşısının alınması üçün tədbirlər keçirilir", - o deyib.

Xəbər lenti

Xəbər lenti