...

Dünya turistlərinin səyahət seçimlərində dəyişiklik yaranacaq

Cəmiyyət Materials 16 Aprel 2012 17:45 (UTC +04:00)
2030-cu ilədək dünyada turistlər səyahət seçimində şimal-şərqi Asiya regionu mühüm mövqe tutacaq.
Dünya turistlərinin səyahət seçimlərində dəyişiklik yaranacaq

Azərbaycan, Bakı, 16 aprel / Trend müxbir İ.İsabalayeva/

2030-cu ilədək dünyada turistlər səyahət seçimində şimal-şərqi Asiya regionu mühüm mövqe tutacaq. Azərbaycan Turizm İnstitutundan bazar ertəsi Trend-ə verilən məlumata görə, bunu ATİ nümayəndələri ilə görüşdə Ümumdünya Turizm Təşkilatının (ÜTT) İpək Yolu proqramı və sərgilər üzrə direktoru Alla Peressolova deyib.

Onun sözlərinə görə, amma son dövrlər turistlər seçimlərində Asiya və Sakit okean regionuna üstünlük verirlər.

O deyib ki, 2030-cu ilədək səyahət seçimində şimal-şərqi Asiya regionu mühüm mövqe tutacaq. Getmə turizmi istiqamətində dünya turizm bazarında ən yüksək pay Avropaya məxsusdur. Asiya və Sakit okean regionu isə Avropadan hələlik geri qalır. Təşkilat 2030-cu ilədək 1,8 milyarda yaxın insanın turist kimi səyahət edəcəyini proqnozlaşdırır. Keçən əsrin 80-ci illərində bu göstərici 277 milyon nəfərə çatırdı. A.Peressolova təmsil etdiyi qurumda 161 ölkənin tam üzv kimi, 80 ölkədən isə 400 qoşulmuş üzv statusu daşıdığını bildirib.

Görüşün sonunda Alla Peressolova xüsusilə qeyd etdi ki, İsveçrənin Lozanna Turizm ali məktəbi yeni layihə ilə bağlı "İpək Yolu"nun 10 ölkəsi, o cümlədən Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir. Elə bu səbəbdən rəhbərlik etdiyi qurumun təkliflər paketində məhz ATİ-nin məlumat dəstəyinə xüsusi önəm verilir. O, bu istəyin gerçəkləşəcəyinə əminliyini bildirdi.

Xəbər lenti

Xəbər lenti