...

Azərbaycanda jurnalistlər qadın hüquqları üzrə maarifləndirilir

Cəmiyyət Materials 23 Aprel 2012 15:06 (UTC +04:00)
Bakıda USAİD və "Lider Qadınlar" İctimai Birliyinin birgə təşkilatçılığı ilə bazar ertəsi jurnalistlər üçün "Qadın hüquqları və gender bərabərliyi" adlı seminarlara start verilib.
Azərbaycanda jurnalistlər qadın hüquqları üzrə maarifləndirilir

Azərbaycan, Bakı, 23 aprel / Trend müxbir M.Əliyev/

Bakıda USAİD və "Lider Qadınlar" İctimai Birliyinin birgə təşkilatçılığı ilə bazar ertəsi jurnalistlər üçün "Qadın hüquqları və gender bərabərliyi" adlı seminarlara start verilib.

Trend-in məlumatına görə, İctimai Birliyin sədri, deputat Məlahət İbrahimqızı seminarı açıq elan edərək deyib ki, seminarın keçirilməsində əsas məqsəd jurnalistləri qadın hüquqlarının qorunmasında maarifləndirici yazılar yazmağa cəlb etmək və gender bərabərliyinin təbliğidir.

Bakıda seminar iki gün keçiriləcək və sonra Şəmkir, Gədəbəy, Xızı və Qobustan rayonlarında davam etdiriləcək. Seminarlar USAİD tərəfindən dəstəklənən layihə çərçivəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti