...

Azərbaycanın bölgə mətbuatı nümayəndələrinin Türkiyəyə səfəri başlayır

Cəmiyyət Materials 24 Aprel 2012 12:23 (UTC +04:00)
Azərbaycanın bölgə mətbuatının təmsilçilərinin Türkiyəyə səfəri başlayır. Bu münasibətlə Azərbaycan Mətbuat Şurasında mərasim keçirilib.
Azərbaycanın bölgə mətbuatı nümayəndələrinin Türkiyəyə səfəri başlayır

Azərbaycan, Bakı, 24 aprel / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanın bölgə mətbuatının təmsilçilərinin Türkiyəyə səfəri başlayır. Bu münasibətlə Azərbaycan Mətbuat Şurasında mərasim keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, toplantını açan MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu bildirib ki, qardaş ölkənin Ankara, Konya və İstanbul şəhərlərinə səfər gerçəkləşdirəcək nümayəndə heyətinin üzvləri oradakı media vasitələrinə baş çəkmək, təcrübə mübadiləsi aparmaq imkanı əldə edəcəklər.

Səfərin təşkilatçılarının Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) və Mətbuat Şurasının olduğunu deyən sədr müavini diqqəti xoş məramın hər iki qurumun birgə hazırladıqları "Təcrübə mübadiləsi proqramı" çərçivəsində reallaşdığına yönəldib. O, Azərbaycanın bölgə mətbuatının da dünya media məkanına inteqrasiyasının vacibliyini önə çəkərək səfərin mövcud mənada xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Səfərin təşəbbüskarlarından olan Türkiyənin Qəzetəcilər və Yazarlar Vəqfinin ölkəmiz üzrə koordinatoru Mustafa Saatcı bildirib ki, belə bir aksiyanın gerçəkləşdirilməsi Azərbaycanın media təmsilçiləri ilə Türkiyənin jurnalistləri arasında əməkdaşlığın daha da möhkəmlənməsində, onların ümumi mənafelərin ifadəsi istiqamətindəki həmrəyliyinin güclənməsində mühüm rol oynayacaq.

Qeyd edək ki, 24-28 aprel tarixlərində həyata keçiriləcək səfərdə ölkəmizin Gəncə, Şəki, Masallı, Lerik, Ağstafa, Beyləqan və Quba rayonlarında fəaliyyət göstərən mətbuat orqanlarının nümayəndələri, eləcə də bir sıra aparıcı media vasitələrinin bölgə təmsilçiləri, təşkilatçı qurumların səlahiyyətli şəxsləri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti