...

Bakı məktəbliləri yol hərəkəti qaydaları ilə bağlı biliklərini nümayiş etdirəcəklər

Cəmiyyət Materials 27 Aprel 2012 12:23 (UTC +04:00)
Bakı Yol Polisi "Eurovision 2012" mahnı müsabiqəsi ərəfəsində orta məktəb şagirdləri arasında yol hərəkəti qaydalarının təbliği məqsədilə aprelin 28-də tədbir keçirəcək.
Bakı məktəbliləri yol hərəkəti qaydaları ilə bağlı biliklərini nümayiş etdirəcəklər

Azərbaycan, Bakı, 27 aprel / Trend müxbir K.Zərbalıyeva/

Bakı Yol Polisi "Eurovision 2012" mahnı müsabiqəsi ərəfəsində orta məktəb şagirdləri arasında yol hərəkəti qaydalarının təbliği məqsədilə aprelin 28-də tədbir keçirəcək.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyi və Baş İdarənin birgə əməkdaşlığı ilə 46 saylı Məktəbdənkənar tərbiyə işi mərkəzində təşkil olunacaq tədbirdə paytaxt ərazisindəki orta məktəb şagirdləri, valideynlər, yol polisi əməkdaşları iştirak edəcəklər.

Tədbir məktəblilərin yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılması, onlara təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədilə təşkil ediləcək.

Uşaqlar Azərbaycan və ingilis dillərində çıxışlar edəcək, səhnəciklər nümayiş etdirəcəklər.

Əsədov bildirib ki, yol hərəkəti qaydalarını təbliğ edən şeir, hekayə və mahnılar çox azdır. Onun sözlərinə görə, yol hərəkəti qaydalarının uşaqlar arasında təbliği məqsədilə yazıçı, şair və bəstəkarlar tərəfindən yeni-yeni əsərlər yazılmalıdır.

Xəbər lenti

Xəbər lenti