...

Talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçiriləcək

Cəmiyyət Materials 27 Aprel 2012 15:25 (UTC +04:00)
Talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçiriləcək.
Talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçiriləcək

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir E.Mehdiyev/

Talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçiriləcək.

"Sən də bir həyat ver" adlı qanvermə aksiyası 30 aprel-4 may tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə gerçəkləşəcək. Bu barədə cümə günü Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumatqa qeyd olunur ki, hazırda respublikamızda talassemiya xəstəliyindən əziyyət çəkən 2000-dən artıq uşaq var.

Talassemiya xəstəliyinin müalicəsi olduqca çətin və bahalıdır. Bu xəstəliyə tutulmuş insanlar həyatları boyunca hər 3-4 həftə ərzində bir-iki dəfə qan almaq məcburiyyətindədirlər.

Məhz gerçəkləşən qanvermə aksiyasının əsas məqsədi talassemiya (hemoqlobin istehsalı zamanı yaranan zülal çatışmazlığı) xəstəliyindən əziyyət çəkən uşaqlara diqqətin artırılması və onlara qan verən gənc donorlar vasitəsi ilə köməkn göstərilməsidir.

Keçiriləcək aksiyada 250-dən artıq gəncin iştirakı nəzərdə tutulub. Qanvermə aksiyası aprelin 30-da saat 11:00-da Respublika Qan Bankında baş tutacaq (ünvan: Mirəli Qaşqay küç., 87).

Xəbər lenti

Xəbər lenti