...

İsmayıllıdan olan millət vəkili növbəti dəfə rayona səfər edib (FOTO)

Cəmiyyət Materials 30 Aprel 2012 14:38 (UTC +04:00)
Aprel ayının 28-də millət vəkili Novruz Aslanov növbəti dəfə İsmayıllı rayonuna səfər edib.
İsmayıllıdan olan millət vəkili növbəti dəfə rayona səfər edib (FOTO)

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Aprel ayının 28-də millət vəkili Novruz Aslanov növbəti dəfə İsmayıllı rayonuna səfər edib.

Bu dəfəki səfərin məqsədi Ağdam rayon İcra Hakimiyyətinin İsmayıllı rayonundakı Heydər Əliyev adına Mədəniyyət evində təşkil etdiyi tədbirdə iştirakı olub.

Ağdam rayon İcra Hakimiyyəti başçısı Nizami Sadıqovun təşəbbüsü ilə keçirilən tədbirə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov, yerli strukturlarının rəhbərləri, ictimaiyyət nümayəndələri də qatılmışlar. İsmayıllı rayonunda məskunlaşmış Ağdam rayon məcburi köçkünləri üçün təşkil olunmuş bu tədbirdə Ağdam rayon İcra Hakimiyyəti başçısı Nizami Sadıqov onları qəbul etmiş və problemləri ilə maraqlanmışdır. Sonra tədbir Ağdam rayonunun "Şur" ansamblının konserti ilə davam etmişdi.

Məlumat üçün bildirək ki, deputat Novruz Aslanov İsmayıllı rayonunda məskunlaşmış məcburi köçkünlərin problemlərinə həmişə dəqqətlə yanaşır və onların həlli üçün müvafiq köməkliyi göstərir.

Xəbər lenti

Xəbər lenti