...

Azərbaycanda ekoloji qanunvericiliyi pozanlara 87 min manatadək miqdarda cərimə tətbiq edilib

Cəmiyyət Materials 8 May 2012 14:17 (UTC +04:00)
Azərbaycanda ekoloji qanunvericiliyi pozanlara 87 min manatadək miqdarda cərimə tətbiq edilib
Azərbaycanda ekoloji qanunvericiliyi pozanlara 87 min manatadək miqdarda cərimə tətbiq edilib

Azərbaycan, Bakı, 8 may / Trend müxbir M.Əliyev/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2012-ci ilin 15-30 aprel tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı ETSN-in mətbuat xidmətindən bildirilib.

Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 171 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 45 müddətli məcburi göstəriş verilib.

Ümumilikdə, qanun pozucuları barəsində 34 iş üzrə 86770 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 22 iş üzrə 3538 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 133 iş üzrə 68594 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 8, icra qurumlarına isə 18 iş göndərilib.

Xəbər lenti

Xəbər lenti