...

"Eurovision 2012" müsabiqəsi ilə bağlı paytaxtın bəzi ərazilərində avtomobillərin parklanmasına qadağa qoyulacaq

Cəmiyyət Materials 8 May 2012 16:50 (UTC +04:00)
"Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar paytaxtın bəzi ərazilərində avtomobillərin parklanmasına qadağa qoyulacaq.
"Eurovision 2012" müsabiqəsi ilə bağlı paytaxtın bəzi ərazilərində avtomobillərin parklanmasına qadağa qoyulacaq

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir K.Zərbalıyeva/

"Eurovision 2012" mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar paytaxtın bəzi ərazilərində avtomobillərin parklanmasına qadağa qoyulacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, mayın 12-dən etibarən Bakıya gələn qonaqların qarşılanması və onların müxtəlif istiqamətlərdə hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Hökumət Evinin arxasında, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Neftçilər, Rəsul Rza, Niyazi, Rəşid Behbudov, Füzuli, Bülbül və digər küçə və prospektlərdə yerləşən hökumət və qeyri-hökumət təşkilatlarında çalışanların şəxsi nəqliyyat vasitələrinin həmin ərazilərdə parklanmasına icazə verilməyəcək.

Həmin istiqamətlərdə küçələrdə parklandırılan bütün avtomobillər yığışdırılaraq cərimə meydançasına aparılacaq.

İdarə bununla bağlı əhaliyə müraciət edərək, qeyd olunan vaxtlarda ictimai nəqliyyat vasitələrindən istifadə olunmasını xahiş edir.

Əsədov qeyd edib ki, mayın 10-dan 31-dək Bakının bütün küçə və yollarında yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoyulacaq.

Xəbər lenti

Xəbər lenti