...

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib

Cəmiyyət Materials 10 May 2012 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir K.Zərbalıyeva/

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, mayın 10-da keçirilən iclasda çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov şərəfli fəaliyyəti ilə müasir Azərbaycan tarixini yaradan dahi öndərimizin zəngin və mənalı ömür yolu, xalqımız qarşısında fədakar xilaskarlıq missiyasından danışıb.

Nazir bildirib ki, milli dövlətçiliyimizin banisi olan ümummilli liderin müasir hüquq sisteminin də müəllifi olduğunu, onun bilavasitə rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli hüquqi islahatların müsbət nəticələrini qeyd edib, onun dövlət inkişafı kursunun ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Tədbirdə dövlət başçısının sərəncamı ilə "Əməkdar Hüquqşünas" fəxri adına layiq görülmüş Sumqayıt apellyasiya məhkəməsinin sədri İkram Kərimova həmin fəxri adın vəsiqəsi və döş nişanı təqdim edilib.

Kərimov fəaliyyətinə verilmiş yüksək qiymətə görə ölkə başçısına dərin minnətdarlığını ifadə edib, təqdimetmə mərasiminin bu əlamətdar gündə keçirilməsinin böyük məsuliyyət yaratdığını qeyd edərək, dahi öndərin insanpərvər ideya və amallarının ədalət mühakiməsinin həyata keçirilməsində əsas yol göstəricisi olduğunu bildirib.

İclasda kadr və digər təşkilati məsələlərə də baxılıb.

Xəbər lenti

Xəbər lenti