...

"Eurovision"un Azərbaycandakı rəsmi fan klubunun üzvləri flashmob keçidrilər

Cəmiyyət Materials 13 May 2012 23:28 (UTC +04:00)
"Eurovision"un Azərbaycandakı rəsmi fan klubunun üzvləri Nar Mobile-ın dəstəyi ilə Bakının mərkəzində flashmob keçidrilər.
"Eurovision"un Azərbaycandakı rəsmi fan klubunun üzvləri flashmob keçidrilər

Azərbaycan, Bakı, 13 may /Trend/

"Eurovision"un Azərbaycandakı rəsmi fan klubunun üzvləri Nar Mobile-ın dəstəyi ilə Bakının mərkəzində flashmob keçidrilər.

Fan klubdan Trend-ə verilən məlumata görə, klub üzvləri tərəfindən bir neçə populyar hit mahnılardan miks hazırlanmışdır və həmin musiqiyə uyğun qeyri-adi rəqs qurulmuşdur.

Flashmobun üzvləri anidən, rəqs etməyə başlamışdırlar və getdikcə rəqsə qoşulanların sayı artmışdır. Sonda ifa olunan son hərəkətdən sonra bütün flashmob iştirakçıları Eurovision 2012 müsabiqəsinin "Light your fire" sloqanını birlikdə səsləndirmişdirlər.

Flashmobun keçirilməsinin başlıca məqsədi Eurovision 2012 mahnı müsabiqəsinə maraqlı və yadda qalan üsulla dəstək bildirmək olmuşdur.

Rəqsdə 60 nəfər gənc iştirak etmişdir. Flashmob Fəvvarələr meydanının tam mərkəzində keçirilmişdir.

Xəbər lenti

Xəbər lenti