...

İranda əhalinin 20 faizinin yaşı 55-dən çoxdur

Cəmiyyət Materials 15 May 2012 14:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir T.Cəfərov/

İranda əhalinin 20 faizinin yaşı 55-dən yuxarıdır. Onların sayı hazırda 15 milyon nəfərdən çoxdur və yaxın gələcəkdə yaşlı nəslin sayı 20 milyon nəfəri keçəcək. Bunu İranın Terapevtlər Konqresinin sədri İrəc Xosrəviniya deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.

Xosrəviniya ölkədə tibb sahəsində yaşlı nəsil üçün əlverişli şəraitin olmadığını vurğulayıb və deyib ki, araşdırmalar göstərir ki, hazırda ölkədə yaşlılara aid xəstəxana yoxdur.

O, ölkədə yaşlı insanlar üçün dövlət sanatoriyalarının lazımi qədər olmadığını deyib və bildirib ki, həkimlər və dövlət məmurları bu məsələyə ciddi diqqət yetirməlidirlər.

Xəbər lenti

Xəbər lenti