...

Bakıda bağlanan əsas yollardan biri açıldı

Cəmiyyət Materials 17 May 2012 18:25 (UTC +04:00)
"Azəryolservis" ASC "Koroğlu" metrostansiyası yaxınlığında körpünün altındakı əsas yol ilə (aeroporta gedən yol) hərəkəti bərpa edib.
Bakıda bağlanan əsas yollardan biri açıldı

Azərbaycan, Bakı, 17 may /Trend/

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC "Koroğlu" metrostansiyası yaxınlığında körpünün altındakı əsas yol ilə (aeroporta gedən yol) hərəkəti bərpa edib. Bu barədə cümə axşamı Trend-ə ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Hərəkət "Böyük Şor" yolayrıcındakı asma körpünün tikintisi çərçivəsində müvəqqəti dayaqların sökülməsi səbəbindən iki gün əvvəl dayandırılmışdı.

Onun sözlərinə görə, bütün işlər artıq tamamlanıb və körpünü yaxın vaxtlarda istismara vermək planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti