...

Baş Prokurorluqda mülki müdafiə üzrə məşğələ keçirilib

Cəmiyyət Materials 25 May 2012 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may /Trend/

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində cari ilin tədbirlər planına müvafiq olaraq mülki müdafiə üzrə məşğələ keçirilib.

Prokurorluğun mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsi və Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin birgə təşkilatçılığı ilə təşkil olunmuş tədbirin keçirilməsində məqsəd fövqəladə hallar zamanı birgə fəaliyyətin təşkili, bu sahədə prokurorluq orqanları əməkdaşlarının hazırlıq səviyyəsinin müəyyən edilməsi, onların fiziki hazırlığının və biliklərinin artırılması, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və operativ yerinə yetirilməsi üzrə praktiki vərdişlərin aşılanması olub.

Tədbirdə qəza-xilasetmə sahəsində görülən işlər barədə ətraflı məlumat veriliv və məşğələ iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.

Sonda FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsi əməkdaşlarının qəza-xilasetmə təlimlərinin gedişini əks etdirən sənədli film nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti