...

TQDK təhsil şöbələrinə və orta məktəblərə yeni tapşırıq verib

Cəmiyyət Materials 29 May 2012 09:55 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) təhsil şöbələri və ümumi təhsili həyata keçirən təhsil müəssisələrinə "Şagird- məzun sistemi"ndə buraxılış imtahanı ilə əlaqədar 9-cu sinif şagirdlərinin sənədlərini yenidən təftiş etmələrini tapşırıb.
TQDK təhsil şöbələrinə və orta məktəblərə yeni tapşırıq verib

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) təhsil şöbələri və ümumi təhsili həyata keçirən təhsil müəssisələrinə "Şagird- məzun sistemi"ndə buraxılış imtahanı ilə əlaqədar 9-cu sinif şagirdlərinin sənədlərini yenidən təftiş etmələrini tapşırıb.

Komissiyadan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, TQDK-nın bu il mayın 10-da təsdiqlədiyi "Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları"na əsasən, ümumi orta təhsil səviyyəsinin istənilən sayda fənnindən illik qiyməti qeyri-kafi olan buraxılış sinif şagirdləri imtahana buraxılırlar.

Bunu nəzərə alaraq, təhsil şöbələri "Şagird-məzun sistemi"ndə "İmtahana buraxılmır" kimi qeyd etdikləri şagirdlərin sənədlərini yenidən təftiş etməli, bu şagirdlərin arasında bilikləri qiymətləndirilməyən və ya imtahandan azad olunanlar varsa, onları "İmtahana buraxılmır" kateqoriyasından çıxarıb müvafiq kateqoriyaya aid etməlidirlər. İmtahandan azad olunanların buraxılış ili üzrə qiymətlərini sistemə daxil etməlidirlər.

Qeyri-kafi qiymətlərə görə "İmtahana buraxılmır" kimi qeyd edilmiş şagirdlər də bu kateqoriyadan çıxarılmalı, onların buraxılış ili üzrə qiymətləri sistemə daxil edilməlidir.

Xəbər lenti

Xəbər lenti