...

Azərbaycanın baş pediatrı əmziklərin uşaqlarda törətdiyi fəsadları açıqlayıb

Cəmiyyət Materials 30 May 2012 12:26 (UTC +04:00)
Azərbaycanın baş pediatrı anaları əmziklərdən istifadə etməməyə çağırıb.
Azərbaycanın baş pediatrı əmziklərin uşaqlarda törətdiyi fəsadları açıqlayıb

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın baş pediatrı anaları əmziklərdən istifadə etməməyə çağırıb.

Trend-in məlumatına görə, çərşənbə günü 1 iyun - Beynəlxalq Uşaqların Müdafiəsi Günü ilə əlaqədar keçirilən tədbirdə K.Fərəcov adına Elmi Tədiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev deyib ki, uşaqların ağız boşluğu və mədə-bağırsaq sistemi xəstəliklərinin yaranmasında əmziklərin rolu çoxdur.

Əmziklərin uşaqlar üçün cox ziyanlı olduğunu deyən baş pediatr bildirib ki, əmzik əmən uşaqlarda dişlərin çıxması zamanı deformasiya yaranır, çeynəmə əzələlərini yorur.

Baş pediatr onu da deyib ki, 1992-ci ildə Azərbaycanda 1 yaşadək körpələrin ana südü ilə qidalanması göstəricisi 25 faiz olduğu halda, hazırda bu göstərici 50 faizə yaxınlaşıb.

Quliyevin sözlərinə görə, süni qida qatışıqlarının təbliğatı ən cox Azərbaycanda SSRİ dövründə olub.

"O zaman belə xoşagəlməyən təbliğat aparılırdı. Onun nəticəsində hələ o zamanlar bu hal zirvəyə çatdı. Amma artıq biz fəlakət halından uzaqlaşırıq. Ana südü ilə qidalanma üzrə vəziyyət getdikcə yaxşılaşır", - Quliyev əlavə edib.

Onun sözlərinə görə, uşaqların ana südü ilə qidalanmamasnın 98 faizi subyektiv amillərlə bağlıdır. Bu amillərin ən əsası ananın öz uşağına südünü vermək istəməməsidir.

Quliyevin fikrincə, hazıda pedriatriyanın ən aktual problemi körpələrin normal və düzgün qidalanmasıdır.

"Uşaq qidası satanların çoxu süni qida qatışığını ana südünün əvəzedicisi kimi qəbul edirlər. Ancaq bu, belə deyil. Ana südünü heç bir qida qatışığı əvəz edə bilməz. Odur ki, uşaqlarımızın sağlam böyüməsini istəyiriksə, onların doğulan gündən ana südü ilə qidalanmasını təmin etməliyik", - Quliyev əlavə edib.

Xəbər lenti

Xəbər lenti