Azərbaycan, Bakı, 30 may / Trend müxbir K.Zərbalıyeva/
Bakının mərkəzində bu gündən daha bir yol bağlanır.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, Azadlıq meydanında yeraltı avtomobil parkının tikintisinin davam etdirilməsi ilə əlaqədar bu gündən Neftçilər prospekti ilə Azneft dairəsindən Yusif Səfərov küçəsi istiqamətində yolun bütöv sağ hərəkət hissəsi - "Hilton" hoteli qarşısındakı yeraltı piyada keçidindən Dəniz vağzalı qarşısındakı yeraltı piyada keçidinədək - bağlanır.
Yolda nəqliyyatın hərəkət istiqaməti dəyişdirilərək soldan keçməklə Azadlıq meydanının mərkəzi ilə müəyyən edilib.
Sürücülərdən xahiş olunur ki, bu yolda hərəkət edərkən diqqətli olsunlar, qoyulmuş yol nişanlarının tələblərinə riayət etsinlər.