...

"Zəfəran" apteklər şəbəkəsindən Uşaqların Müdafiəsi Gününə həsr edilmiş aksiya

Cəmiyyət Materials 31 May 2012 11:00 (UTC +04:00)
Azərbaycanda ən iri apteklər şəbəkəsi olan "Zəfəran" 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş aksiya keçirəcək.
"Zəfəran" apteklər şəbəkəsindən Uşaqların Müdafiəsi Gününə həsr edilmiş aksiya

Azərbaycan, Bakı, 31 may /Trend/

Azərbaycanda ən iri apteklər şəbəkəsi olan "Zəfəran" 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş aksiya keçirəcək.

Trend-in məlumatına görə, iyunun 1-dən 8-dək "Zəfəran" aptekinin hər bir müştərisi alış-veriş etməsindən asılı olmayaraq, "Gymboree Play & Music" uşaq mərkəzinə hədiyyə kuponu alacaq.

Hədiyyə kuponları əsasən 0-6 yaş arasında uşaq olan ailələrə veriləcək. Bu aptek işçilərinin apardığı mini-sorğu yolu ilə müəyyən ediləcək.

Hədiyyə kuponunun sahibi (uşaq nəzərdə tutulur) bu mərkəzdə pulsuz 1 həftəlik məşğələlər keçmək hüququ qazanır. Bura nəğmə dərsləri, rəqslər, rəssamlıq, dil inkişafı, idman məşğələləri və s. daxildir.

Dərslərə kuponda göstərilən nömrələrə əvvəlcədən zəng etməklə yazılmaq mümkündür. Hədiyyə kuponunu cari ilin 30 iyun tarixinədək istifadə etmək olar.

Əlavə məlumatı şəhər telefonundan və istənilən mobil əlaqə operatorundan *8811 qısa nömrəsinə zəng etməklə almaq olar.

Aksiya barədə şərhləri "Zəfəran"ın sosial şəbəkədəki http://www.facebook.com/zeferanaptek saytına və ya [email protected] elektron poçtuna göndərmək olar.

Kuponları Bakı şəhərindəki Zəfəran apteklərinin aşağıda göstərilən ünvanlarında almaq olar:

Nizami küç, 66 ("Sahil" metrosu)
Telefon (+994 12) 493 11 12

H.Cavid pr-ti, 7 ("Elmlər Akademiyası" metrosu)
Telefon (+994 12) 4510 38 33

M.Həsənov küç, 1 ("20 yanvar" metrosu)
Telefon (+994 12) 431 87 00

M.Mehdizadə, küç. 14 (Neftçilər xəstəxanasının yaxınlığında)
Telefon (+994 12) 596 88 11

C.Cabbarlı küç.ev 14/1 (M. Cavadzadə adına Uroloji Xəstəxana ilə üzbəüz)
Telefon (+994 12) 492 89 78

Xəbər lenti

Xəbər lenti