...

Azərbaycanın bəzi telekanallarına xəbərdarlıq edilib

Cəmiyyət Materials 8 İyun 2012 17:12 (UTC +04:00)
Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
Azərbaycanın bəzi telekanallarına xəbərdarlıq edilib

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir E.Mehdiyev/

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Şuradan cümə günü Trend-ə verilən məlumata görə, iclasda "ATV" və "ANS" televiziyaları tərəfindən "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə başlanılmış inzibati icraat üzrə işə baxılıb.

Milli Televiziya və Radio Şurasının qərarına əsasən, texniki və digər vasitələrdən istifadə etməklə hazırlanmış, istehlakçının şüuruna özünün dərk etmədiyi şəkildə təsir göstərən gizli reklamın yayımlanmasına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə, teleradio verilişlərinin (proqramlarının) hazırlanmasında sponsorluqla bağlı qanunvericiliyin pozulmasına görə "ATV" və "ANS" televiziyalarına xəbərdarlıq elan edilib.

Xəbər lenti

Xəbər lenti