...

Gürcüstanda rekord isti gözlənilir

Cəmiyyət Materials 14 İyun 2012 10:39 (UTC +04:00)
Gürcüstan sinoptikləri iyunun 14-nə 1966-ci ildən indiyədək ən isti temperatur proqnozlaşdırırlar.
Gürcüstanda rekord isti gözlənilir

Gürcüstan, Tbilisi, 14 iyun /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan sinoptikləri iyunun 14-nə 1966-ci ildən indiyədək ən isti temperatur proqnozlaşdırırlar.

Hidrometeoroloji Xidmətdən Trend-ə verilən məlumata görə, Gürcüstanın qərbində havanın temperaturu müsbət 40 dərəcəni ötəcək.

Bu gün Gürcüstanın şərqində də 40 dərəcə isti olacaq.

Sinoptiklərin məlumatına görə, ölkənin şərq hissəsində ən yüksək temperatur - müsbət 39 dərəcə 1922-ci il iyunun 18-də Tbilisidə qeydə alınıb. Qərbdə isə 1966-cı il iyunun 4-də Kobuletidə havanın temperaturu müsbət 41 dərəcə təşkil edib.

Ən aşağı temperatura gəlincə, Gürcüstanın şərqində bu, 1967-ci il iyunun 4-də Tbilisidə qeydə alınıb. Həmin vaxt səhər saatlarında havanın temperaturu 14 dərəcə, gecə saatlarında isə 6 dərəcə olub.

Qərbdə isə ən aşağı temperatur 1967-ci il iyunun 4-də olub. Həmin ildə havanın temperaturu səhər saatlarında 16 dərəcə, gecə saatlarında 6 dərəcə təşkil edib.

Bu arada sinoptiklər bildirirlər ki, artıq iyunun 16-da hava nisbətən sərinləşəcək. Həmin gün Gürcüstanın bütün ərazisində yağış yağacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti