...

Şeyxülislam: Rus Pravoslav Kilsəsi ilə QMİ arasında əməkdaşlıq beynəlxalq səviyyədə dinlərarası dialoqun layiqli nümunəsidir

Cəmiyyət Materials 23 İyun 2012 21:22 (UTC +04:00)
Rus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsinin MDB Dinləararası Şuradakı səmərəli əməkdaşlığı nəinki MDB ölkələrində, həm də beynəlxalq səviyyədə dinlərarası dialoqun layiqli nümunəsidir. Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə şənbə günü Moskva və bütün Rusiyanın patriarxı Kirillin "Azadlıq və məsuliyyət: Ahəngin axtarışında" adlı kitabının təqdimatında bildirib.
Şeyxülislam: Rus Pravoslav Kilsəsi ilə QMİ arasında əməkdaşlıq beynəlxalq səviyyədə dinlərarası dialoqun layiqli nümunəsidir

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir M.Əliyev/

Rus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsinin MDB Dinləararası Şuradakı səmərəli əməkdaşlığı nəinki MDB ölkələrində, həm də beynəlxalq səviyyədə dinlərarası dialoqun layiqli nümunəsidir. Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə şənbə günü Moskva və bütün Rusiyanın patriarxı Kirillin "Azadlıq və məsuliyyət: Ahəngin axtarışında" adlı kitabının təqdimatında bildirib.

"Ürəkdən arzulayıram ki, Rus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında dəyərli əməkdaşlıq gələcəkdə də xalqlarımız və dövlətlərimiz naminə, dinlərarası dialoqun yüksək səviyyəsi naminə davam və inkişaf etsin", - deyə Allahşükür Paşazadə bildirib.

Azərbaycanda ilk dəfə olaraq nəşr olunan patriarx Kirillin kitabına toxunaraq şeyxülislam bildirib ki, bu əsər RPK rəhbərinin ictimai-siyasi həyatın ən mühüm məsələləri barədə fikirlərini əks etdirir, müasir dünyanın çağırışlarına adekvat və tələb olunan cavablar verir.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin təqdimatda bildirib ki, Azərbaycanla Rusiya arasında dini sahədə əməkdaşlığın hazırkı səviyyəsi regionda əminamanlığın zaminidir.

"Bu münasibətlər harmoniya və qarşılıqlı anlaşma atmosferində davam edir", - deyə Doroxin bildirib.

Moskva və bütün Rusiyanın patriarxı Kirillin "Azadlıq və məsuliyyət: Ahəngin axtarışında" adlı məqalə və çıxışlar toplusunda insanın hüquq və azadlıqlarına xristian nöqteyi-nəzərini əks etdirir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab ictimai-siyasi həyatın ən mühüm məsələləri barədə kilsənin fikirlərini bilmək istəyənlərə ünvanlanıb.

Xəbər lenti

Xəbər lenti