...

Yaxın iki gündə Azərbaycanda qısamüddətli yağışlar yağacaq

Cəmiyyət Materials 10 İyul 2012 13:08 (UTC +04:00)
Yaxın iki gündə Azərbaycanda gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Yaxın iki gündə Azərbaycanda qısamüddətli yağışlar yağacaq

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İ.İsabalayeva/

Yaxın iki gündə Azərbaycanda gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi üstünlük təşkil edəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

İyulun 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-25, gündüz 30-35 dərəcə isti təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 11-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 9-14, gündüz 21-26 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti