Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir E.Mehdiyev/
Cari ilin sentyabr ayından mehmanxanalara və turizm şirkətlərinə lisenziyaların verilməsi internet vasitəsi ilə aparılacaq. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Onun sözləırinə görə, hazırda nazirlik tərəfindən dövlət qaydalarına uyğun olaraq lisenziyalara baxılması davam etdirilir. Hazırda ölkədə 178 turizm şirkəti, 500-dən artıq mehmanxana və buna bənzər turizm obyektləri mövcuddur. Bu vaxta qədər 400-yə yaxın mehmanxanaya lisenziya verilib.
"Ümid edirəm ki, internet vasitəsilə lisenziyalaşdırma daha rahat və məqsədəuyğun olacaq", - Qarayev bildirib.