...

Baş Prokurorluq: Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri öz səmərəsini verir

Cəmiyyət Materials 18 İyul 2012 11:45 (UTC +04:00)
Azərbaycanda ölkə rəhbərliyi tərəfindən həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri öz səmərəsini verir.
Baş Prokurorluq: Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri öz səmərəsini verir

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda ölkə rəhbərliyi tərəfindən həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri öz səmərəsini verir. Trend-in məlumatına görə, bunu Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bu gün cari ilin birinci yarısının yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu tədbirlərin nəticəsi olaraq, ölkədə antikorrupsiya mühiti yaradılıb.

"Korrupsiyaya qarşı dözümsüzlük yaranıb. Bunu "Qaynar xətt"ə vətəndaşlardan daxil olan müraciətlər göstərir. Əvvəlki illərlə müqayisədə vətəndaşların korrupsiya ilə bağlı verdiyi məlumatlar daha dəqiq, daha ətraflıdır", - Əliyev qeyd edib.

İdarə rəisi deyib ki, ictimaiyyət ölkə rəhbərliyinin həyata keçirdiyi antikorrupsiya tədbirlərini dəstəkləyir. Beynəlxalq təşkilatlar, xarici dövlətlər də Azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbirləri, antikorrupsiya mübarizəsini müsbət qiymətləndirirlər.

Əliyevin sözlərinə görə, korrupsiyaya qarşı mübarizə sahəsində tədbirlər davam etdirilməlidir, bu cinayətləri doğuran səbəb və şərait araşdırılmalı, müvafiq qurumlara təkliflər verilməlidir.

Xəbər lenti

Xəbər lenti