...

Bakıda narkotiksiz sağlam cəmiyyətdə qlobal yanaşma müzakirə olunub

Cəmiyyət Materials 18 İyul 2012 14:57 (UTC +04:00)
Bakıda çərşənbə günü Narkotiklərə dair Milli Təbliğat ofisinin təşkilatçılığı ilə “Narkotiksiz sağlam cəmiyyətdə qlobal yanaşma” mövzusunda konfrans keçirilib.
Bakıda narkotiksiz sağlam cəmiyyətdə qlobal yanaşma müzakirə olunub

Azərbaycan, Bakı, 18 iyul / Trend müxbir M.Əliyev/

Bakıda çərşənbə günü Narkotiklərə dair Milli Təbliğat ofisinin təşkilatçılığı ilə "Narkotiksiz sağlam cəmiyyətdə qlobal yanaşma" mövzusunda konfrans keçirilib. Trend-in məlumatına görə, konfransda Narkotiklərə dair Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev, Milli Məclisin komitə sədri Əli Hüseynov, bir sıra ölkələrin Azərbaycandakı səfirləri, dövlət və QHT nümayəndələri iştirak edib.

Əfəndiyev deyib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da narkotiklərlə bağlı problemlər var. Onun sözlərinə görə, ölkəmiz 20 ilə yaxındır ki, beynəlxalq ictimaiyyət, dünyanın aparıcı dövlətləri ilə birgə problemin həlli yolunda ardıcıl və məqsədyönlü işlər aparır. Hazırda Azərbaycan hökuməti, xüsusən hüquq-mühafizə orqanları tərəfindən bu sahədə ciddi nəticələr əldə olunub. Bildirilib ki, BMT-nin hesablamalarına görə, hazırda dünyada təxminən 250 milyona yaxın insan narkotiklərdən əziyyət çəkir. Bu 15-64 yaş üzrə dünya əhalisinin təqribən 5 faizini təşkil edir.

Konfransda BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin hazırladığı 2012-ci il Narkotiklərə dair Ümumdünya hesabatının təqdimatı olub. Hesabatı idarənin beynəlxalq eksperti Platon Nozade edib.

Əfəndiyev Azərbaycanda 2012-ci il narkotiklərə dair ümumi vəziyyət haqqında Milli Məruzəni təqdim edib. Azərbaycanda ilk dəfə narkotiklər və cinayətkarlığa qarşı mübarizə ilə bağlı internet portalını isə informasiya texnologiyaları üzrə mütəxəssis Etibar Şirinov təqdim edib.

Xəbər lenti

Xəbər lenti