...

Deputat: Süni mayalanma ailələrin dağılmasının qarşısını alacaq

Cəmiyyət Materials 26 İyul 2012 12:28 (UTC +04:00)
Süni mayalanma ailələrin dağılmasının qarşısının alınmasında vacib rol oynayır.
Deputat: Süni mayalanma ailələrin dağılmasının qarşısını alacaq

Azərbaycan, Bakı, 26 iyul / Trend müxbir M.Əliyev/

Süni mayalanma ailələrin dağılmasının qarşısının alınmasında vacib rol oynayır. Trend-in məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin rektoru, deputat Əhliman Əmiraslanov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.

"Bu gün minlərlə insan var ki, övladı olmadığı üçün ailələri dağılır. Bu ailələri qorumaq lazımdır. Övlad sahibi olmaq hər kəsin arzusudur. Ona görə də, bu məsələdə real düşünmək lazımdır. Süni mayalanma ilə olsa da, uşağın valideynləri həmin insanlardır", - deputat deyib.

O, hesab edir ki, bu məsələni özündə ehtiva edən "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi də vacibdir.

"Bu sənəd hələ ötən çağırış parlamentin müzakirəsinə təqdim edilsə də, həm bir çox millət vəkilləri tərəfindən, həm də cəmiyyətdə narazılıqla qarşılandı. Hazırda bu sənəd üzərində iş gedir, müəyyən narazılıq doğuran məqamlar layihədən çıxarılır. Sənəddə narazılıq doğuran məqamlardan biri süni mayalanma məsələsidir", - Əmiraslanov qeyd edib.

Xəbər lenti

Xəbər lenti