Azərbaycan, Bakı, 30 iyul /Trend müxbir K.Zərbalıyeva/
Azərbaycanda haqqı ödənilməklə göstərilən informasiya xidmətlərinin siyahısı təsdiqlənib. Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı hökumət qərar qəbul edib.
Qərar görə, informasiya sahibi sorğuçuya aşağıdakı hallarda haqq ödənilməklə informasiya xidmətləri göstərir:
- Sorğuçuya artıq müvafiq informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa;
- Sorğu edilən informasiya irihəcmli olduqda və ya sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaratdıqda və yaxud əsassız böyük məsrəflərə səbəb olduqda;
- Sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün olmadıqda;
- Sorğunun icrası informasiyanın sistemləşdirilməsi, təhlil edilməsi və ya sənədləşdirilməsi ilə əlaqədar xeyli vaxt tələb etdikdə.