...

Kürdəmirdə bələdiyyə sədri korrupsiya cinayətində ittiham olunur

Cəmiyyət Materials 6 Avqust 2012 10:31 (UTC +04:00)
Kürdəmirdə bələdiyyə sədri korrupsiya cinayətində ittiham olunur.
Kürdəmirdə bələdiyyə sədri korrupsiya cinayətində ittiham olunur

Azərbaycan, Bakı, 6 avqust /Trend müxbir K.Zərbalıyeva/

Kürdəmirdə bələdiyyə sədri korrupsiya cinayətində ittiham olunur.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Kürdəmir rayonunun keçmiş Məhərrəmli bələdiyyəsinin sədrinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi faktları üzrə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb, istintaq aparılıb.

Müəyyən edilib ki, bələdiyyənin sədri Xanəkbər Rüstəmov 2007-2009-cu illərdə bələdiyyələr tərəfindən torpaq sahələrinin vətəndaşlara satılması və icarəyə verilməsi qanunla qadağan olunmasına baxmayaraq bələdiyyənin iclas protokollarının, iclas protokollarından çıxarışların və iclaslarda qəbul olunmuş qərarların məzmununa yalan məlumatlar daxil edərək müvafiq sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinə təqdim etməklə ümumilikdə 47,21 hektar torpaq sahəsinin qanunsuz olaraq ayrı-ayrı şəxslərə icarəyə verilməsinə və satılmasına nail olmaqla bələdiyyəyə mühüm zərər vurub.

Rüstəmov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Kürdəmir rayon məhkəməsinə göndərilib.

Xəbər lenti

Xəbər lenti