...

Azərbaycanda iş yerlərində ölüm hallarının artmasının səbəbi açıqlanıb

Cəmiyyət Materials 16 Avqust 2012 15:57 (UTC +04:00)
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) hesab edir ki, iş yerlərində ölüm hallarının artması işçilərin təhlükəsizlik qaydalarına riayət etməməsi ilə bağlıdır.
Azərbaycanda iş yerlərində ölüm hallarının artmasının səbəbi açıqlanıb

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) hesab edir ki, iş yerlərində ölüm hallarının artması işçilərin təhlükəsizlik qaydalarına riayət etməməsi ilə bağlıdır.

"Biz iş yerlərində ölüm hallarının artması ilə bağlı analiz apardıq və qərara gəldik ki, bu, əsasən işçilərin təhlükəsizlik qaydalarına riayət etməməsi ilə bağlıdır", - bunu Trend-ə AHİK sədrinin müavini Cavanşir Alxasov deyib.

O qeyd edib ki, müəssisə rəhbərliyi tərəfindən nə qədər qoruyucu vasitə alınsa da, onlara iş yerində nəzarət olunsa da, ən vacib məsələ işçilərin maarifləndirilməsidir.

Alxasov vurğulayıb ki, işçinin özünün məlumatı olmalıdır ki, təhlükəli yerdə işləməmək, rəhbərlikdən təhlükəli yerdə işləmək üçün lazım olan vəsaiti tələb etmək hüququ var.

"Təəssüf ki, çox yerdə bunu bilmirlər. Son illər Konfederasiya bu işə xüsusi diqqət ayırır, bu istiqamətdə seminarlar keçirir", - Alxasov qeyd edib.

Qeyd edək ki, istehsalatda ölüm hallarının və zədələnmələrin sayı 2010-2011-ci illərlə müqayisədə artıb. Ölüm hadisələri 29%, zədələnmələr isə 13,6%-ə artıb.

Xəbər lenti

Xəbər lenti