...

İranda futbol oyunu zamanı Şərqi Azərbaycan əyalətində baş verən zəlzələnin qurbanları anılıb

Cəmiyyət Materials 18 Avqust 2012 11:22 (UTC +04:00)
Ötən gün İranın Qum şəhərində şəhərin "Səba" futbol komandası ilə Şiraz şəhərinin "Fəcr-e sepasi" komandası arasında İranın yuxarı liqasının beşinci turu çərçivəsində oyun keçirilib.
İranda futbol oyunu zamanı Şərqi Azərbaycan əyalətində baş verən zəlzələnin qurbanları anılıb

Azərbaycan, Bakı, 18 avqust /Trend müxbir T.Cəfərov/

İranda futbol oyunu zamanı Şərqi Azərbaycan əyalətində baş verən zəlzələnin qurbanları anılıb.

Ötən gün İranın Qum şəhərində şəhərin "Səba" futbol komandası ilə Şiraz şəhərinin "Fəcr-e sepasi" komandası arasında İranın yuxarı liqasının beşinci turu çərçivəsində oyun keçirilib. Trend-in məlumatın görə, bu barədə İRNA agentliyi məlumat verir.

Futboldan öncə oyunçular və tamaşaçılar İranın Şərqi Azərbaycan əyalətində baş vermiş zəlzələ qurbanlarının xatirəsini bir dəqiqə sükutla yad ediblər. Bundan başqa, görüş zamanı tamaşaçılar "Azərbaycan, başın sağ olsun!", "Yaşasın Azərbaycan!" şuarları səsləndiriblər.

"Səba" komandası Şərqi Azərbaycan əyalətindəki zəlzələ qurbanlarına 100 milyon tümən (85min dollar) yardım edib. Onlar bu məbləği İranın Qırmızı Aypara Cəmiyyətinin Qum şəhər üzrə nümayəndəsinə təqdim ediblər. Bundan başqa, 2000-ə yaxın tamaşaçı da öz şəxsi yardımlarını Qırmızı Aypara Cəmiyyətinin stadionda quraşdırılmış qutularına salıblar.

Oyun 1:1 hesabı ilə başa çatıb.

Xəbər lenti

Xəbər lenti