...

Azərbaycanın Vergilər Nazirliyi vergiödəyicilər üçün SMS xəbərdarlıq xidmətini işə salıb

Cəmiyyət Materials 24 Avqust 2012 20:25 (UTC +04:00)
Azərbaycanın Vergilər Nazirliyi vergiödəyicilər üçün SMS xəbərdarlıq xidmətini işə salıb.
Azərbaycanın Vergilər Nazirliyi vergiödəyicilər üçün SMS xəbərdarlıq xidmətini işə salıb

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Vergilər Nazirliyi vergiödəyicilər üçün SMS xəbərdarlıq xidmətini işə salıb. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə günü yaydığı məlumatında deyilir.

Nazirliyin məlumatına görə, xidmətdən istifadə etmək üçün ilk növbədə mobil telefon nömrəsi qeydiyyatdan keçirilməlidir.Bunun üçün mobil telefonda *195*istifadəçi kodu*şifrə# yığılmaqla yes düyməsi sıxılır. Göndərilmiş hər sorğuya görə nömrənin balansından 0,10 manat xidmət haqqı tutulur.

Xidmətə abunə olmaq üçün qeydiyyatdan keçirilmiş mobil telefon nömrəsindən start yazılıb 8195nömrəsinə SMS göndərilməlidir. Bir nömrə iki və daha çox vergi ödəyicisi üzrə də qeydiyyatdan keçirilə bilər. Bunun üçün müvafiq VÖEN və start sözü, məsələn 1000567891 start yazılıb 8195 nömrəsinə SMS göndərilməlidir.

Abunə olmuş vergi ödəyicisinə büdcəyə ödəniş edildikdə, büdcəyə borcu yarandıqda, təqdim etdiyi bəyannamə üzrə vergi hesablandıqda, bəyannamə üzrə uyğunsuzluq yarandıqda, təqdim edilməli bəyannamələri olduqda, fəaliyyətini dayandırdıqda, fəaliyyəti aktivləşdikdə, cari vergi ödəmələri barədə arayış təqdim etdikdə, cari vergi ödəmələri hesablandıqda, ləğv bəyannamələri göndərməli olduqda müvafiq məzmunlu SMS-lər göndərilir.

Aylıq abunə haqqı 1,18 manatdır və abunəlik passivləşdirilənədək hər ay nömrənin balansından sabit şəkildə həmin məbləğ mobil operator tərəfindən tutulur. Abunəliyin passivləşdirilməsi üçün stopyazılaraq 8195 nömrəsinə SMS göndərilməlidir və bu zaman 0,10 manat xidmət haqqı tutulur.
2. Sorğu göndərməklə

Qeydiyyatdan keçirilmiş nömrə abunə olmaqla və ya abunə olmadan 8195 nömrəsinə aşağıda göstərilmiş müvafiq rəqəmləri SMS ilə göndərməklə məlumat ala bilər:
1 yazıb 8195 nömrəsinə göndərməklə - dövlət büdcəsinə olan borc barədə
2 yazıb 8195 nömrəsinə göndərməklə - təqdim etməli bəyannamələr barədə
3 yazıb 8195 nömrəsinə göndərməklə - fəaliyyətin aktiv və ya dayandırılmış olması barədə
Əgər mobil nömrə iki və daha çox vergi ödəyicisi (istifadəçi kodu) üzrə qeydiyyatdan keçirilmişdirsə, bu zaman müvafiq VÖEN və müvafiq rəqəm 8195 nömrəsinə SMS ilə göndərilməlidir. Məsələn:1000567891 1

Göndərilmiş hər sorğuya görə nömrənin balansından 0,10 manat xidmət haqqı tutulur.

Bu xidmətdən hazırda yalnız Azercell abonentləri istifadə edə bilər. Xidmətdən istifadə qaydaları barədə ətraflı məlumat almaq üçün iş günləri saat 09:00-dan 18:00-dək Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətinə (195 nömrəsinə) müraciət edə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti