...

Ağdamda yeni arxeoloji materiallar aşkarlanıb

Cəmiyyət Materials 5 Sentyabr 2012 17:29 (UTC +04:00)
Azərbaycanın Ağdam rayonunun Mirəşelli kəndi yaxınlığındakı "Palıdlı" nekropolunda aparılan arxeoloji qazıntı zamanı yeni tarixi arxeoloji nümunələr aşkarlanıb.
Ağdamda yeni arxeoloji materiallar aşkarlanıb

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın Ağdam rayonunun Mirəşelli kəndi yaxınlığındakı "Palıdlı" nekropolunda aparılan arxeoloji qazıntı zamanı yeni tarixi arxeoloji nümunələr aşkarlanıb.

Trend-in çərşənbə günü Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ ekspedisiyasının rəhbəri, professor Hidayət Cəfərovun rəhbərliyi ilə aparılan qazıntılar zamanı "Palıdlı" nekropolunda eramızdan əvvəl XII-XI əsrlərə aid daha bir torpaq qəbir aşkar edilib. Ana ilə körpə uşağın dəfn olunduğu bu qəbirdə ananın doğuş zamanı dünyasını dəyişdiyi güman edilir.

Cəfərovun verdiyi məlumata görə, uşağın skeleti qarşısında kiçik ölçülü küp də tapılıb. Qadın bükülü və əlləri sinəsinə çarpazlanmış vəziyyətdə dəfn olunub. Qəbirdən 20-dək saxsı qab, küp, sərnic, bardaq, cam, nehrə, qadın skeletinin üzərindən çoxlu miqdarda bəzək əşyaları (bilərziklər, üzüklər, sırğalar və s.) aşkar edilib.

Xəbər lenti

Xəbər lenti